27 Eylül 2013 Cuma

ADIMI SƏNƏ QOYUM !!!




Seçki prosesinin qaynar vaxtında bu yazını yazmağa dünənki təsadüfi söhbət vadar etdi. Dünən Apellyasiya məhkəməsindən çıxarkən hüquqlarını müdafiə etdiyim şəxslə bərabər eyni işdə  zərəəkən qismində çıxış edən Əliyevlərə bağlı bir müəssisədə həkim işləyən yaşlı və kübar xanımla dayanacağa qədər gedəsi olduq. Yolboyu istər istəməz siyasətdən və seçkilərdən söhbət etdik. Xanım israrla bildiridi ki, Xalq Cəbhəsini gördük də. Onların vaxtında Xəstəxanalarda heç yod da tapılmırdı. 

T
əbii ki, xanıma cavab verdim.  Həmin cavabı buradada qeyd etmək istəyirəm ki, kimdə hələdə belə fikirlər qalıbsa bilsin.

 1992-ci ilin sonlarında və 1993-cü ilin əvvəllərində Laçın uğrunda gedən döyüşlərdə ağır yaralandım. Gecə ilə məni Kəlbəcərdə əvvəllər mülki xəstəxana kimi fəaliyyət göstərmiş son dövrlərdə isə yaralılara tibbi yardım göstərən hərbi hospitala gətirdilər. Həmin gün gecə saatlarında əməliyyat olundum. Orada cəmi üç gün qalsam da həm həkimlərdən həmdə yaxşılıqlarını bu günə qədərdə unuda bilmədiyim Kəlbəcərlilərdən olmazın hörmətini, yaxşılıqlarını gördüm. Nəinki müalicə pulsuz idi hətta bahalı xarici siaqretləri belə bloklarla hospital rəhbərliyi verirdi. (Bu barədə inşaalah başqa vaxt yazacam) 

Üç gündən sonra öz xahişimlə məni bir qrup yaralı ilə Gəncə hospitalına göndərdilər. Bir gündə orda qalıb Bakıya gəldim. İlk dəfə onda ailə üzvlərimiz yaralandğımı bildilər. Səhəri gün rəhmətlik atamla birgə Bakıdakı hərbi hospitala getdik evimizə yaxın olduğu üçün  5 saylı xəstəxanaya göndərdilər. Həmin vaxt 5 saylı xəstəxananın 5-ci mərtəbəsi əsgər və zabitlər üçün ayrılmışdı. Təqribən 1 ayda orada müalicə olundum və hətta 2 dəfədə əməliyyat olundum. Tam səmimi deyirəm ki, bütün müalicə prosesi müddətində bir manatda xərcimiz çıxmadı. Bütün müalicə və dərmanlar dövlət hesabına oldu.

Tanıyanlar bilir ki, ötən ilin iyununda ağır avtoqəza keçirmişəm. Elə həmin gündə ölkənin ən nüfuzlu Təcili tibbi yardım xəstəxanasına gətirildim. Ay yarımlıq müalicə 10 min manata başa gəldi. Əsas xərclər dərman və tibbi ləvazımatların alınmasına sərf olundu. Nəinki bahalı dərmanlar hətta  şpris, pambıq, spirt kimi elementar şeyləridə özümüz alırdıq. Hətta bir dəfə iynə vurulanda məlum oldu ki, spirtimiz qurtarıb. Xəstəxanada spirt olmadığı üçün??? anam pambıq götürüb qonşu palatada müalicə olunan xəstənin yanına gedərək pambığı ona məxsus spirtə batıraraq gətirib tibb  baçısına verdi. Və o, iynə vuracağı yeri silib iynə vurdu.

H
ələ mən 1996-cı ildə səngərdə soyuqlayaraq ağ ciyərinə su gələn böyük qardaşımın müalicəsi üçün o vaxt 2 evimizdən birini sataraq onun müalicəsinə sərf etməyimizi demirəm.

Bununlada
Əliyevlərin daha bir "adımı sənə qoyum sənidə yana yana qoyum" siyasətinin  yalan və puç olduğu aydın oldu. Əliyev hakimiyyətinin səhiyyə siyasətinin yarıtmaz olduğunu bilmək üçün özümüzün və yaxınlarımızın başına gələnləri yada salsaq kifayətdir məncə. Hər kəs öz həyatına diqqətlə baxsa öz həyatındada çoxlu belə faktlar tapa bilər. Ötən illərdə nə qədər vətəndaşımızın, əsgərimizin baxımsızlıqdan xəstəxanalarda tələf olduğunu yəqin ki, kimsə dana bilməz