24 Ocak 2013 Perşembe

92-93 DƏ GƏLMİŞDİZDƏ...

                                                   
Azərbaycan hakimiyyəti 1992-1993-cü illərdə mövcud olmuş bir illik milli hakimiyyəti gözdən salmaq üçün 20 ildir antitəbliğat aparır. Müxtəlif istiqamətlər üzrə olmazın böhtanlar atır. Bu böhtanlardan biridə bundan ibarətdir ki, guya həmin bir ildə xalqın güzəranı çox pis olub, əhalinin gəlirləri aşağı olub və sair.
Həmin tezisin yalan olduğunu sübut etmək üçün fikirlərimi sizinlə bölüşmək istəyirəm. Əvvəl ondan başlamaq istəyirəm ki, ötən il əmanətlərin qaytarılması zamanı məlum oldu ki, 1992-ci ilin 1 yanvar tarixinə qədər əhalinin əmanət bankında 4 milyarddan artıq pulu olub. Yəni sovet dövrü əhalidə yığılmış pul vəsaitləri həmin dövrə qədər əmanət şəklində banklara qoyulmuşdu.
   1992-ci ilin yayında hakimiyyətə gələn AXC ölkədə korrupsiya və rüşvət siyasətinə son qoyduğuna görə bir il ərzində əhalidə yenidən kapital yığımı başlanmışdı. Və qısa müddət ərzində ölkədə müharibə getməsinə baxmayaraq əhali xeyli varlanmışdı.
   1993-cü ilin iyununda qiyam yolu ilə hakimiyyəti ələ keçirən köhnə KQB agenti Heydər Əliyevdə bunu bilirdi. Və onuda bilirdi ki, Sovet hakimiyyətini yıxaraq öz müstəqilliyini élan etmiş, öz gücünə inanan, maddi baxımdanda nisbətən təmin olunmuş orta təbəqəyə malik bir xalqı kölə etmək elədə asan başa gəlməyəcək. Ona görədə iki əsas istiqamət üzrə hərəkətə keçdi. Bu istiqamətlərdən biri ölkədə total qorxunun, xof rejiminin yaradılması idisə, digər istiqamət əhalinin müflisləşdirilməsi, maddi baxımdan asılı, ələbaxan edilməsi idi.
    Bu məqsədlə də ölkədə çoxlu sayda maliyyə piramidaları quruldu. Maliyyə piramidalarının ən böyüyü VahidBank idi. Lakin Mərhəmət, Məmləkət, Etimad və sair adlarla 20-yə yaxın Bank əhalidən yüksək faizlə əmanətlər qəbul etməyə başladı. Xüsusi vurğulamaq istəyirəm ki, bu fırıldaqçı təşkilatların əksəriyyəti iri buynuzlu oliqarxlara məxsus idi və hamısı ən böyük sahibkarla hesablaşmaq şərtilə həyata vəsiqə qazanmışdı. Təkcə VahidBankın 400 mindən artıq əmanətçisi vardı. Digər 20-yə yaxın bankında birlikdə ən azı o qədər əmanətçisi olardı. 800 min əmanətçı 800 min ailə deməkdir. Bu da həmin dövrdə ölkədə olan ailələrin təqribən 45 faizinə bərabər idi.
   Anlatmaq istədiyim əsas məsələ isə budur ki, AXC hakimiyyəti dövrü müəyyən qədər varlanmış xalq Əliyevlər dönəmində kütləvi surətdə banklara əmanət yerləşdirərək ya faiz alırdı yada ən azı  buna ümid edirdi. Bütün bankların xalqa borcu var idi. Sonradan həmin bankların qapadılması, onlara məxsus əmlakın mənimsənilməsi xalqı müflis etdi. Bu gün isə analoqu olmayan inkişafdan danışılsada ölkə əhalisinin az qala yarısının banklara kredit borcu var. Elə əsas fərqdə bundadır. Əvvəl bankların (oxu hökumətin) xalqa borcu vardı, indi isə xalqın banklara (oxu hökumətə) borcu var.