16 Ağustos 2013 Cuma

GERİLİKÇİ REJİM

Əliyev rejiminin ölkənin gələcəyi ilə bağlı heç vaxt dolğun fikri olmayıb.

İlham Əliyev çıxışlarının birində demişdi ki, "ölkənin gələcəyini turizm və kənd təsərrüfatı ölkəsi kimi görür". Əslində bu fikir bir daha sübut edir ki, rejimin xalqa xidmət etmək fikri yoxdur. Ailə yalnız öz şəxsi mənfəətini düşünür.

İndi isə görək bu fikirlər niyə doğru deyil. 

Əvvəl turizmlə bağlı qeyd etmək yerinə düşər ki, ölkəyə gələn turistləri əsasən çoxsaylı  tarixi, dini abidələr, ekzotik təbii şərait, ucuz və keyfiyyətli bazarlıq cəlb edir. 
Yəqin etiraf edərsiniz ki, ölkəmizdə İçərişəhər, Qız Qalası, Atəşgah və sair kimi tarixi abidələr olsada bu abidələr Roma, Misir, Turkiyə kimi ölkələrdə olan tarixi abidələrlə  müqayisədə yumşaq desək daha qeyri populyardı. Və ən əsası bu abidələrin olması Əliyevlərin xidməti deyil.

Ölkəmizin təbii gözəllikləri olsada bu da Əliyevlərin xidməti deyil. Həmin ərazilər məhdud miqdardadır. Və ən əsası yerli əhaliyə heç bir xeyri olmur. Təbiəti gözəl olan ərazilərdə turizmin olması yerli əhaliyə bahaçılıqdan başqa bir şey verə bilmir. Məhdud sayda iş yerləri isə kiçik çevrəni əhatə edir və "ofisiant"lıqdan ibarətdir. Hər gəncin əlinə bir podnos verib xidmətçiyə çevirmək ölkənin nə gələcəyinə nə də ki, adət ənənəsinə uyğun iş deyil.

Ucuz və keyfiyyətli bazarlıqla bağlı onu demək mümkündür ki, ölkədə istehsal sahələrinin demək olar ki, yox edilməsi bizi bu fürsətdəndə məhrum edir. Ölkə ticari baxımdan ancaq Dağıstanlıları cəlb edə bilir. Onlarda yerli mal yox Çin istehsalı olan malları Bakı bazarlarından alırlar. 20 illik Əliyev ailəsinin hakimiyyəti nəinki yeni istehsal sahələri qurmayıb əksinə sovetdən qalma zavod və fabriklərin cihaz və dəzgahlarınıda metallomlara satıb.

Kənd təsərrüfatı ölkəsi kimi ölkəni gördüyünü demək isə məncə təhqirdir. Buradan alınan əsas mesaj belə tərcümə olunmalıdır. Gedin mal heyvanınızı otarın. Neftdən, qazdan, qızıl yataqlarından sizə çatası bir şey yoxdur. Əks halda heç olmasa həmin pulların bir hissəsi kənd təsərrüfatına yatırılardı. Ölkə kənd təsərrüfatı texnikasının qıtlığından əziyyət çəkməzdi. Təsadüfi deyil ki, 200 milyarddan artıq neft gəlirindən kombayn alınmasına 20 ildə bir dəfə cəmi 16 milyon manat ayırdılar. Hətta həmin gəlirlərin bir hissəsini heç olmasa kənd təsərrüfatı texnikası istehsalına sərf etmək olardı.



 Doğrudur min illər boyu dədə babalarımız əsasən maldarlıq və əkinçiliklə məşğul olublar. Lakin indi 21-ci əsrdir. Ölkəmiz təbii sərvətlərlə zəngindir. İldə 50 milyon ton neft, milyardlarla kub metr qaz, əlvan metallar, tikinti materialları istehsal edərək satır. Və həmin pullar ölkənin sənayeləşməsinə yatırılmalıdır.

Yadınızdadırsa H.Z.Tağıyev Bakıda parça toxuyan fabrik açmaq üçün bütün Rusiyadakı kilsələri təmir etməyə təşəbbüs etmişdi. Hələ çar dövründən sənayeləşən Bakıda sovetlər dönəmində, xüsusən 30-cu illərdən başlayaraq daha böyk işlər görüldü. Təkcə Bakı və Sumqayıtda yüzlərlə zavod, fabrik tikilərək istifadəyə verildi. Hətta kənd rayonlarında pambıq, yun, şərab, sok, konserv, mexaniki təmir zavodları, ət və süd kombinatları fəaliyyət göstərirdi. Gerilikçi rejim bu nailiyyətləridə kor qoydu. Həmin zavodları xarabalığa çevirdi, ixtisaslı işçilər isə rusiya bazarlarına könüllü sürgünə göndərildi. Təkcə 10 min işçisi olan Səttarxan adına maşınqayırma  zavodunun sökülərək yerində xeyirsiz  H.Əliyev mərkəzinin tikilməsi İ.Əliyevin sənayeyə münasibətinin bariz nümunəsidir.

Çox ukladlı sənayesi olmayan ölkə müasir və firavan ola bilməz.

Hələ 19-cu əsrdə dünyada əsas şüar sənayeləşmə idi. 20-ci əsr elm texnika, 21 əsr isə informasiya əsri hesab olunur. Amma gerilikçi rejim bizi orta əsrlərə qaytarmaq istəyir. Məhz buna görədə;

Bu gün demokratik qüvvələrin əsas mesajlarından biridə gerilikçı rejimi rədd edib sürətlə  sənayeləşən ölkə qurmaq olmalıdır. 







2 Ağustos 2013 Cuma

NİYƏ SƏRDAR ƏLİBƏYLİ ?

Sərdar Əlibəylini 3-4 ildir tanıyıram. Ən çox işlətdiyi söz " mən fağır adamam nə deyirəm ki"di. Şəxsi münasibətlərdə nə qədər sakit, təvazökar adam olsada hakimiyyətə münasibətdə o,qədər də fağır adam deyildi. Zarafat deyil indiyə qədər bir neçə dəfə çıxardığı qəzet qapadılmışdı.

Siyasi məhbus həyatı yaşamağa məhkum edilmişdi. Daima siyasi məhbusları Nemət Pənahlını, Əvəz Zeynallını, Rəhim Qazıyevi müdafiə edirdi və deyirdi ki, o biri siyasi məhbusları onsuzda müdafiə edən çoxdur bunlarıda mən müdafiə edirəm.


Dünən yenə  “Nota Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə xuliqanlıq ittihamI elan olunub. Bu gün isə həbs qəti imkan tədbirinin seçilməsi üçün Xətai rayon Məhkəməsinə aparılır. Sərdar Əlibəyliyə qarşı vətəndaşa zor tətbiq etmə və bədən xəsarətləri yetirməklə bağlı ittiham irəli sürülüb.

Sizə Sərdar bəylə mütəmadi olaraq görüşdüyümüz və və bu görüşlərdə danışdıqlarımız haqda məlumat vermək istəyirəm. Əvvəla Sərdar bəyi tanıyan adam kimi deyirəm ki, yaşı əllini keçmiş bu şəxsin kimisə döyməsinə, ümumiyyətlə əlbəyaxa olmasına inanmıram.Hər dəfə  görüşlərimizdə bildiridi ki, Əliyev ailəsi hərləyib-fırlayıb məni şərə salıb tutduracaq. Çünki çox sərt yazdığını deyirdi. İndiyə kimi tutulmamağının səbəbi kimi isə çap etdiyi qəzetin yüksək tirajlı olmamağını göstərirdi. Deyirdi ki, əgər bu yazıları Azadlıq kimi tirajlı qəzetdə versəydim indi məni on dəfə həbs etmişdilər. Birdə deyirdi ki, bir dəfə həbs etdirdilər gördülər yenədə yazıram və dahada sərt yazıram ona görə tutmurlar bilirlər ki, xeyri yoxdur.

 Amma son günlər tutulacağı sanki ürəyinə dammışdı. Tutulduğu gündən 3-4 gün əvvəl məndən məsləhət aldı. Həmin gün bildim ki, onun yeganə övladı olan 21 yaşlı oğlu həm lal-kar həmdə ruhi xəstə imiş. Birinci qrup əlil kimi pensiyaya çıxması üçün hansı sənədlərin lazım olduğunu, hansı idarəyə müraciət etməli olduğunu soruşdu. Təəccüblə ondan niyə indiyə qədər bir tədbir görmədiyini, oğlunun əlilliklə bağlı sənədlərini düzəltmədiyini soruşdum. Dedi indiyə qədər bir təhər dolandırırdım. Amma deyəsən məni tutacaqlar ona görə həm oğlumun həmdə həyat yoldaşımın pensiyaya çıxması ilə bağlı sənədləri hazırlamaq istəyirəm. Söhbət əsnasında həyat yoldaşınında xeyli iş stajının olduğu son 21 ili isə əlil övladına baxdığı üçün staj hesab olunaraq  pensiyaya çıxa biləcəyini dedim. Və təkilif etdim ki, Sosial Müdafiə fondunun yerli şöbəsinə müraciət etsin.

Tutulmazdan bir gün əvvəl yenə görüşdük. Artıq oğlunun və həyat yoldaşının pensiya təminatı ilə bağlı sənədlərinin xeyli hissəsini topladığını sevincək bildirdi. Kefi yaxşı idi. Birdə dedi ki, onsuzda bu yaramazlar məni şərləyib tutacaqlar heç olmasa evdəkilərə qanunla düşən pensiyanı düzəldim ki, mən həbsdə olanda azda olsa birtəhər özlərini dolandırsınlar.

Bunu ona görə yazıram ki, İlham Əliyev nəhayət ki, anlasın. Anlasın ki, insanları susdurmaq mümkün deyil. El ağzı çuval ağzı deyib atalarımız. Həyat yoldaşı və birinci qrup əlil övladının yeganə ümidi olan şəxsi şərləyib həbs etdirmək cinayətdir. Sadəcə cinayət.....




1 Ağustos 2013 Perşembe

QURBANIN HƏBSİ

 Milli Şuranın üzvü vəkil Qurban Məmmədov əsassız ittihamlarla həbs olunub. Haqqında iki aylıq həbs qəti imkan tədbiri seçilmişdi bu gün Nəsimi rayon məhkəməsi həbs müddətini daha bir ay uzatdı. 
Qurban Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.  Qurban bəy qəza nəticəsində avtomobillə bir nəfərin ayağının üstündən keçib. Həmin şəxsin ayaq pəncəsi sınıb. Ona hər cür tibbi yardımla yanaşı maddi yardımda göstərilib.Buna baxmayaraq məhkəmə məhz siyasi sifarişlə Qurban Məmmədovu etdiyi çıxışlara görə cəzalandırır.
Bu fikirləri ona görə cəsarətlə deyirəm ki, ötən ilin 14 iyununda sərnişini olduğum avtomobildə qəzaya uğradım. Qəza nəticəsində sol ayağım iki yerdən qəlpəli sındı, yeddi qabırğam və sol panel sümüyüm sındı, diafraqma cırılması, ciyərin və ürək pərdəsinin zədələnməsi ilə müşayət edilən xəsarətlər aldım. İki litr qan itirdim, Allahın və həkimlərin köməyi, dostların maddi və mənəvi dəstəyi sayəsində sağ qalsamda 2-ci qrup "Qarabağ" əlili statusumu Həkim komissiyası 1-ci qrupla əvəzlədi. Məndən başqa bir nəfər sərnişinində qolu sındı və müxrtəlif xəsarətlər aldı. 
Təqsirkar bir dəfədə olsun yanımıza gəlib üzrxahlıqda etmədi. Buna baxmayaraq bizim olduğumuz maşını vurana heç gözün üstə qaşın var deyəndə olmadı. Bir ildən artıqdır məhkəmələr hesabını alıb oturub. 

Amma Qurban bəyə gəldikdə kiçik və ziyanı ödənilmiş xəsarətə görə nə qədər sərt qərarlar qəbul edirlər.
Bütün bunlar bir daha subut edir ki, Nəsimi rayon məhkəməsinin qərarı siyasi sifarişə əsalanır.
Lakin hakimiyyət unudur ki, belə həbslər nə Qurban bəyi nədəki xalqı qorxutmur əksinə qəzəbimizi bir azda artırır.