30 Temmuz 2013 Salı

ƏZİLƏN TƏBƏQƏ "QAZİLƏR"

   Son günlər döyüşçü dostlarla bir neçe dəfə görüşüb söhbətlər etmişəm. Söhbətin mövzusu müxtəlif olsada əvvəl axır fırlanıb gəlir "Qarabağ" qazilərinin və şəhid ailələrinin sosial vəziyyətinin ağırlığına. 

Artıq heç kəsə sirr deyilki, "Qarabağ" qaziləri ölkənin ikinci sort vətəndaşlarına çevrilib. Ölkədə yüz mindən artıq insan Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, onlardan əlli min nəfəri yaralanıb təqribən səkkiz min nəfəri isə sağlamlğını bir dəfəlik itirərək əlil olub. 

Səkkiz min nəfər qazinin təxminən 55-60 faizi ali təhsilli olsada, onların mütləq əksəriyyəti işsizdir. Hamımız bu ölkədə yaşayırıq və hələ belə hal olmayıb ki, hansısa dövlət idarəsinə gedərkən orda olan yüksək vəzifəli şəxslərdən kiminsə qazi olduğunu görək. Hər nazir öz rəhbərlik etdiyi nazirliyi votçinası hesab edərək oğlunu, qudasını, qaynını, kürəkənini, əsgərlik və tələbə yoldaşını başına yığa bilir lakin qazilərə həmin nazirliklərdə bir kuryer işi tapılmır.

Veteranlara verilən 33 manat haqda isə heç danışmağa dəyməz.


Hakim ailə dənizin ortasında 100 milyard manatlıq şəhər salır amma qazilər, şəhid ailələri kirayələrdə, yataqxanalarda sözün əsl mənasında çürüyür.



 15 ildən artıqdır ki, dövlət büdcəsindən bu təbəqədən olan insanların mənzil şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrılır. Vəsaitlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılır. Həmin nazirlik 1997-98 ci illərdə vəd edirdi ki, uzağı 2001-ci ilin ortalarına qədər bütün şəhid ailələrini və "Qarabağ" əlillərini mənzillə təmin edəcək.

Lakin vədlərinə 16 il keçməsinə baxmayaraq heç 50 faizdə əməl edə bilməyiblər. Bunun iki səbəbi var. Birincisi hər şeyə pul tapan, Monteneqroda 500 milyon dollara ada alan, Lukaşenkoya 300 milyon faizsiz kredit verən, Serbiyaya 300 milyon borc verən, varlı Fransanın muzeylərini təmir etdirən, Pakistanda, Rusiyada ,ərəb ölkələrində məktəblər, körpülər  tikən analoqu olmayan iqtisadi inkişafa malik dövlətimizin lazımınca pul ayırmamasdırsa, ikincisi  müvafiq nazirlikdə tikilən mənzillərin qiymətinin 2-3 dəfə şişirdilməsidir. Bəlkədə ayrılan pullar normal tender keçirilərək tikinti şirkətlərinə verilsə idi elə indiyə qədər ayrılmış pullarlada daha çox adamın mənzil probləmini həll etmək olardı.

Ən əsası 20 il ərzində ölkəyə böyük neft pulları gəldi, bu pullardan təkcə Vircin adalarındakı ofşor zonalara 48 milyard çırpışdırşdırıb yığmaq mümkün oldu, Azərsun, Silk Way Holdinq, ATA Holdinq, Azərfon, Kaspian Fiş, Evropian Tobaqo, Azenko kimi nəhəng şirkətlər holdinqlər qurmaq mümkün oldu amma " Qarabağ" əlillərini və şəhid ailələrini mənzillə təmin etmək mümkün olmadı.




Burdan çıxan yeganə nəticə isə odur ki, dahi şairimiz Nizami Gəncəvinin Bayquşların söhbəti  (Sirlər xəzinəsi) mənzum hekayəsində  dediyi kimi "nə qədər ki, Ənuşirəvan hakimiyyətdədir" tezisində dediyi kimi, nə qədər ki, bu oğru, korrupsioner, saxtakar rejim hakimiyyətdədir  " Qarabağ" əlillərini və şəhid ailələrinə sahib çıxan olmayacaq.

Yalnız Milli Şurada təmsil olunan demokratik qüvvələrin hakimiyyətə gəlməsi vətən uğrunda canlarını fəda etmişlərin qurtuluşu ola bilər.