Jirinovskinin
qəbulu daha bir yalanın üstünü açdı. Fikir verirsinizsə İlham Əliyev həmişə
guya müstəqil siyasət yürütdüyünü, heç kimlə hesablaşmadığını vurğulayır. İndi
sadalyacağım iki fakt bunun yalan olduğunu isbatlayır.
1.Qardaş
Türkiyə Cümhuriyyətinin o zamankı baş naziri, daima Qarabağ məsələsini gündəmdə
saxlayan, R.T.Ərdoğan "van minute" hayqırıb İsrail prezidenti Şimon Peresi körpə qatili
adlandıraraq Davos sammitini tərk edəndə, İlham Əliyev həmrəylik əlaməti olaraq sammiti tərk etmədi.
Hələ bu azmış kimi sammit bitən kimi İlham Əliyevin ilk görüşü Şimon Pereslə
oldu. Heç şübhəm yoxdur ki, bu görüşün təşkili İlham Əliyevin sındırılması
idi. Həm də Ərdoğana mesaj idi ki, hətta sənin bir millət iki dövlət olan
qardaşın da, qardaş hesab etdiyin dövlətin başçısı da səni yox Şimon Peresi seçdi.
Bu
addımı həm də ona görə İlham Əliyevin sındırılması hesab edirəm ki, əgər onun
seçim imkanı olsaydı ən azı Pereslə həmin gün görüşməzdi. Bir ay sonra heç
olmasa bir gün sonra da bu görüş ola bilərdi. Amma mesajı hazırlayan “ağalar”
onu çox sərt, sammitdən sonra məhz ilk görüş kimi nəzərdə tutmuşdular.
2. Bir neçə ay əvvəl Rusiya
Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski çıxışında Qarabağın
Rusiyaya birləşdirlməsini tələb etmişdi. İki gün əvvəl ərazi bütövlüyümüzün əleyhinə olan, daima Azərbaycan və azərbaycanlılar
haqda təhqiramiz fikirlər səsləndirən şəxsin dövlət başçısı səviyyəsində, təmtəraqla
qarşlanması belə bir sual yaratdı. Görəsən bu görüş hansı zərurətdən irəli gəlib?
Tam məsuliyyətlə deyirəm ki, bu addımda məcburiyyətdən atılıb. Bu dəfə İlham
Əliyevin qərb dairələri tərəfindən
sıxılşdırlıdığını görən Rusiyadakı ağalar onu qılınclarının altından keçirməkdə
israrlı olublar. Jirinovskinin səfəri də, onun dövlət başçısı tərəfindən qəbulu
da elə qılınc altından keçirilmənin növlərindən biridir.
Buradan çıxan əsas mesaj odur ki, öz xalqından mandat almayan, arxası xalq olmayan dövlət başçısı nə qədər sərvətlərə
sahib olsa da böyük güclərlə danışıqlarda
urvatsız edilir. Onun bütün fəaliyyəti
ağaların əhval ruhiyyəsindən asılı olur. Gah sevimli kimi qəbul edilib yuxarı
başa çıxarılır, gah da ağalar tərəfindən sındırılıb lazımsız əşya kimi bir küncə
atılır.