14 Ekim 2013 Pazartesi

YENI CƏFƏNGİYYAT

Çoxdandır "Yeni Musavat" oxumuram. Buna görədə xeyli mutluyam. Heç olmasa əsəbləşmirəm. Bu axşam feysbukda dostlardan biri link göndərib oxuyubsanmı deyə soruşdu. Linki açdım ki, Ümid sədri İqbal Ağazadənin "Yeni Musavat"da "Bu bizim yolumuzdur" başlıqlı məqaləsidir.

Məqalədə vurğulanan əsas tezislər nədir? Həmin tezislər nə məqsədlə oprtaya atılır? Bizim cavabımız necədir.

1. İqbal Ağazadə ilk abzasda vurğulayır ki, guya kimsə onunla savaş açır və ya açmaq istəyir.

Bütün seçki dövründə Milli Şuranın və onun namizədi Cəmil Həsənlinin rejimin başında duran İlham Əliyevi hədəf seçdiyi hər kəsə aydındır. İ.Ağazadənin yuyulmamış çömçə kimi özünü ortaya atması özünü əzabkeş kimi təqdim etməsi gülüşə layiqdir.

2. Müəllif bildirir ki, guya Azərbaycan siyasətinə  yeni baxış, yeni yanaşma təqdim edir və  heç bir vaxt haqqı nahaqqa verməyib.

Təslimçilik və təbrikçilik  nə vaxtdan yeni baxış olub anlamadım. Yüz minlərlə seçicinin səsini saxtalaşdıran yalandan özünə səs yazan adamı iki seçki təbrik etmək haqqı nahaqqa vermək deyilsə bəs nədir?

3. Növbəti fikirdə  isə "Biz prosesə xalqın gəlməsini istəyirik, siyasiləşmiş elektoratın yox. Siyasiləşmiş elektorat hər iki tərəfdə o qədər azdır ki, ölkənin vəziyyətini dəyişməyə yetmir. Xalq isə ən azı on ildir ki, özünü iqtidar və müxalifətin radikal münasibətlərindən kənarda saxlayır. 

Əgər xalq azı on ildir özünü kənarda saxlayırsa onda seckidə əhalinin 75 faizlik iştirakı ilə bağlı deyilənlər yalandır. Ağazadə isə ona etiraz etmək əvəzinə saxtakarları təbrik edir. Haqqı nahaqqa verməmək haqda moizə oxumağıda unutmur.

4. Növbəti tezisdə isə öz aləmində Cəmil Həsənlini ittiham edir ki, “bu hakimiyyət gəncləri əzir, həbs edir, işgəncə verir, dindarların cibinə narkotik atıb tutur” tipli fikirlər  siyasi durğunluq yaşanan bir məmləkətdə buda, əlavə qorxu yaradır.
 
Əslində bu fikirdə etiraf edir ki, seçicilər  Cəmil bəyin fikirlərinə daha çox diqqət ediblər. Amma unudur ki, özüdə namizəd idi. Nədən xalq onun “yeni baxış, yeni yanaşma” adlandırdığı siyasətə əhəmiyyət vermədiyi haqda isə susmağa üstünlük verir.

5. Daha sonar isə “Hafiz Hacıyevin qorxusundan debatda bir professoru yalnız buraxanlar mənə qəhrəmanlıq dərsi keçməsinlər. Cəmil Həsənli mənim namizədim olsaydı ona öz jiletimi geyindirməzdim, ona öz rolunu - ziyalı rolunu ifa etməyə imkan yaradardım. Təhqir olunan yerə isə özüm gələr, cavablarımı verər, necə davranıldısa adekvat cavab verərdim”.
 
Dırnaqarası qəhraman heç düşündümü ki, Hafiz Hacıyev elə onun özünüdə təhqirə məruz qoydu. O, isə inadla susdu. Əgər belə qəhraman idisə nədən şəxsinə və xalqa ünvanlanmış təhqirlərə cavab vermədi?

6. Sizin tanımadığımız seçkilərin rəsmi nəticələrinə görə insanlar hakimiyyətinin 21-ci ilinə qədəm qoyublar. Dünya ilə də, elə AB, AŞ PA, ABŞ, Rusiya ilə də münasibətlərini bizdən yaxşı qurublar.

Burada hakimiyyətin gizli reklamı var və bizdən deməklə özünü yenədə demokratik qüvvələrə sırımağı qəsd edir. Amma unudur ki, artıq gecdir. Hamı kimin kim olduğunu tam çılpaqlığı ilə gördü.

7. Və nəhayət “ Hakimiyyəti radikal olmağa və  xalqı prosesdən kənar saxlamağa qoymayaq, istəməsə belə əl uzadaq, qəbul etməsə belə bir addım yaxına gedək. Gedək ki, xalq bizi hakimiyyətin yaxınında görsün, inansın, güvənsin”.

Xalq hakimiyyətin yanında gördüyünə inanıb güvənirsə İqbal Ağazadə bəs onda yalandanda olsa niyə özünü müxalifət élan etmisən? Bəs xalq hakimiyyəti dəstəkləyən a-dan z-yə qədər namizədlərə niyə dəstək vermədi? Heç düşündünmü? 
Buradan çıxan əsas nəticə isə budur. Seçki dönəmində "yuxarıların" tapşırığına yaxşı əməl edə bilməyən baş Ümidçi müxalifətə qarşı revanş götürərək hakimiyyətə hələdə lazımlı olduğu mesajını çatdırmaq istəyir.





10 Ekim 2013 Perşembe

"ÖNCƏGÖRƏN" QULİYEV

Bu yazını yazmaq məqsədimi hələ avqustun son günlərində açıqlamışdım. "Müdrik və uzaqgörən" siyasətçi Rəsul Quliyev feysbuk səhifəsində prezident seckiləri ilə bağlı proqnoz vermişdi. Proqnozu olduğu kimi təqdim edirəm.

Prezident seçkilərində səslər aşağıdakı şəkildə paylaşacaq. Əliyev 72-80 faizə qədər. Yerdə qalanlar 16-18 faiz,2 faizdə saxta bülleten. Hərmətli Cəmil müəllimin topladığı səslər 0.2-0.5 faizdən artıq olmayacaq. İ.Məmmədovu seçkilərə buraxsalar ona 2 faiz yaza bilərlər.Əlbəttə İ.Ağazadə və başqalarına daha çox səs veriləcəkdir.Ehtimal var ki, C.Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürsün və seçkiləri baykota çağırsın, ancaq bu addım gecişmiş addım olacaq.


Elə həmin vaxt Rəsul Quliyevin səhifəsində bu öncəgörməni oxuyanda bildirdim ki 10 oktyabrda bu yazını paylaşacam. Qoy Azərbaycan xalqı xüsusən Rəsul Quliyevə pir deyib sitayiş edənlər görsün ki, bu adam siyasi hadisələri necə təhlil edib proqnoz verir. Aydındır ki, bu cür "öncəgörmədən" çıxarılan nəticə doğru olmayacaq. Arada isə əziyyət çəkən Açıq Cəmiyyət Partiyasının üzvləri və tərəfdarlarıdır. Mənə bələ gəlir ki, insanlar lider hesab etdiyi şəxsin səhvlərindən cana doyub. 

Əslində bu seçki Cəmil Həsənlinin mənəvi qələbəsi ilə başa çatıb. Cəmil Həsənli həm teledebatlarda həmdə seçicilərlə keçirdiyi çoxminli mitinqlərdəki çıxışlarında yerli və beynəlxalq mediaya verdiyi açıqlıamalarda seçkilərin favoriti olduğunu sübut etdi. 

Əgər Cəmil Həsənli gerçəkdən zəif namizəd olsaydı heç hakimiyyət bu böyüklükdə saxtalaşdırmaya ehtiyac duymazdı

Son seçkilərdən çıxan nəticələrdən biridə Rəsul Quliyevin keçmiş tərəfdaşları Sərdar Cəlaloğlunun və İlyas İsmayılovun çox zəif nəticə göstərməsi oldu.