12 Ekim 2013 Cumartesi

ÜMİDSİZ ÜMİD




·                                 Kütləvi saxtalaşdırılan seçkilərdən üç gün keçib. Siyasi müxalifət nəticələrin misli görünməyən  dərəcədə saxtalaşdırıldığını bildirir. Seçkiyə gələn hər kəs Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə səs verdiyini deyir. Səslərin sayılmasında  iştirak etdiyim iki məntəqədə Cəmil bəy real  seçkiyə gələnlərin yarıdan çoxunun səsini qazanmışdı.
Qəlp müxalifət
Sözümün canı bu deyil. Bu seçkilər həm də psevdo (saxta, yalançı, qəlp) müxalifətin ifşası ilə yadda qaldı. Qəlp namizədlərdən əksəriyyətini  xalq seçkidən xeyli əvvəl tanıyırdı. Bəziləri seçki müddətində bəlli oldu.
Siyasi çevrələrdə qəlp olduğu şübhə doğrmasa da Ümid sədri İqbal Ağazadə məhdud çevrəni aldada bilmişdi. Bu işdə təbii ki, Yeni Musavat qəzetinin xidmətləri danılmazdır. Amma etiraf edilməlidir ki, Ağazadənin teledebatlardakı çıxışları da bəzi avamları yoldan çıxarmışdı.
Doğrudur bu çıxışlarda Ağazadə bir dəfə də olsun İlham Əliyevin adını çəkməyə cəsarət etmədi. Hakimiyyətin zdığı çevrə daxilində Molla Nəsrəddinsayağı var gəl edərək ümumi vəziyyəti tənqid etdi. Bəziləri hesab edirdi bu düşünülmüş taktikadır. Ümid sədri guya, iqtidar-müxalifət intiriqasına qoşulmadan seçkilərdə iştirak etməyən bitərəflərin səsinə ümid edir.

Diqqətli müşahidəçilər unutmayıb, İqbal Ağazadə 2008-ci ildə də çox aşağı nəticə göstərdi. O 104 min seçici səsi alaraq 2.86 faizlə kifayətləndi. Seçkidən dərhal sonra İlham Əliyevi təbrik etməklə Azərbaycan siyasətinə "təbrikçi müxalifət" termininin gəlməsinə şərait yaratdı.
Lakin bəzi Ümid funksionerləri bu az faizə maraqlı özünü müdafiə “dəlilləri” tapırdılar. Məsələn iddia edirdilər ki, 1993-cü ildən Vətəndaş Birliyi partiyasının sədr müavini olan 2001-ci ildə partiyanı parçalayıb bir müddət sonra Ümid adını götürən təşkilat "çox gəncdir".
 Demokratik qüvvələrin seçkiləri boykot etməsi də ciddi təsir edib. 16 oktyabr məhbusu olan Ağazadə cəmi 3 il yarımdı ki, həbsdən çıxıb və bu partiyanın toparlanmasına 2008-ci il seçkilərində normal nəticə göstərməsinə mane olub.
Halbuki Demokratik qüvvələr "Beşlər" formatında 1998-ci il prezident seçkilərini boykot etmişdi. Lakin o vaxtlar hakimiyyətə yaxın partiya hesab edilən Milli İstiqlal Partiyasının sədri  Etibar Məmmədov tək başına seçkilərə girərək Heydər Əliyevi faktiki məğlub etdi. Uğurlu seçki kompaniyası apararaq çoxminli kütləvi aksiyalar keçirdi. Heydər Əliyevi qoca yaşında arxasınca gəzdirərək fiziki cəhətdən tükətdi. Müstəqil müşahidəçilərə inansaq Etibar Məmmədov 42 faiz Heydər Əliyev isə 35 faiz səs almışdı.
Ümid sədri son seçkilərdə 88 min seçici səsi alaraq 2.4 faizlə razilaşmalı oldu. Seçkidən dərhal sonra verilən təbrik bəyanatı rəsmi nəticələri qəbul etdiyini göstərir. Fikir verirsinizsə, seçici səsləri 16 min nəfər, faizlər isə 0.46 faiz azalıb. Ümidin qürubuna "politoloq amerikanşünas" Bəxtiyar Hacıyev də kömək edə bilmədi.
Seçkidən əvvəl "papadan artıq katolik olmaq" iddiasında olan ümid funksionerləri az qala özlərini aparıcı müxalifət, xalqın ümidi kimi təqdim etməyə cəhd edərək təkid edirdilər ki, seçkilər saxtalaşdırılsa  nəticələri qəbul etməyəcək və "təbrikçilər" sırasında olmayacaqlar.
Seçkilərdən çıxan nəticələrdən biri də budur ki, Milli Şura yaranarkən ADP və Ümidin təmsil olunduğu Qarabağ blokunun kənarda saxlanılması doğru qərardı. Ümidlə müttəfiqliyin ADP və Sərdar Cəlaloğlunu bitirməsi isə göstərdi ki, hakimiyyətlə əlaqələr heç kimə başucalığı gətirmir.
Elə təbrik bəyanatının ardınca Ümid sədrinin müavinləri Aynur İmranovanın, Ruslan İzzətlinin, Gənclər Təşkilatının sədri Elvin bəyin bir qrup gənclə partiya sıralarından istefası da fikirlərimizi təsdiq edir.
Seçkilərin sabahı günü isə təbrikçi İqbal Ağazadə növbəti Bələdiyyə seçkilərinə hazırlaşdıqları haqda bəyanat verdi. Deməli, hələ də oyunlar davam edir. Utanmasan oynamağa nə var ki?





Hiç yorum yok:

Yorum Gönder