9 Mayıs 2013 Perşembe

VƏTƏN BİZƏ NƏ VERDİ?

    ABŞ prezidentlərindən Kennedinin belə bir sözü var "Hec kim soruşmasın Ameika mənim üçün nə edib, hamı soruşsun ki, mən Amerika üçün nə etmişəm".  Şəkildə gördüyümüz Qazilər Azərbaycan üçün çox şey edib. Canlarından, qanlarından, sağlamlıqlarından keçiblər. Torpaq uğrunda canını qoyanlara bu ölkədə mənzil tikmək üçün  2 sot torpaq vermirlər. Dövlət tərəfindən Qarabağ qaziləri və şəhid ailələri üçün tikilən mənzillər və avtomobillər  böyük məbləğli rüşvət hesabına paylanılır. Qazilər aldıqları cüzi təqaüdlə bilmirlər ailələrini dolandırsınlar və ya bilmirlər həmin təqüdü dərmana, müalicəyə xərcləsinlər.
      Bu yaxında Azadlıq qəzetində  hər iki ayağını və əlini itirirmiş qazi Elnur Əfəndiyev haqda yazını ürək ağrısı ilə oxudum. Əslində Qazi qəhrəman sözünün sinonimidir. Amma bir ölkədə öz qəhrəmanlarını diləndirirlərsə buna nə ad vermək olar?
Elnur Əfəndiyev: «Yol kənarına çıxıb kimlərinsə 5-3 manat kömək etməsini gözləyirəm ki, gedim çörək alım. Bu, Qarabağ müharibəsi veteranına, əlilinə yaraşarmı?»
«Mən də bu Vətənin övladıyam, «Haydı!» deyəndə hayınıza gəldim, indi də mənim hayıma gəlsinlər...»
Hər cür fərarilər dövətin ən ali strukturlarına rəhbərlik etdiyi halda Qarabağ qazilərinə, şəhid övladlarına iş tapılmır. Halbuki Qarabağ qazilərinin təqribən yarısı ali təhsillidirlər və istənilən işin öhdəsindən gəlməyə qadirdirlər. Lakin ölkəmizdə qazilərə qarşı bir biganəlik və etimadsızlıq var. Hakimiyyətdə olan dezertirlər qazilərlə yanaşı işləməkdən sanki diskomfort duyurlar. 
Və burada vacib məqam ondan ibarətdir ki, Qazilər cəkilib öz acı taleləri ilə barışaraq oturmaq yolunu yox bir daha toparlanaraq vətəni qaçaq-quldur  idarəçiliyindən xilas etmək yolunu tutmalıdırlar.