16 Ağustos 2013 Cuma

GERİLİKÇİ REJİM

Əliyev rejiminin ölkənin gələcəyi ilə bağlı heç vaxt dolğun fikri olmayıb.

İlham Əliyev çıxışlarının birində demişdi ki, "ölkənin gələcəyini turizm və kənd təsərrüfatı ölkəsi kimi görür". Əslində bu fikir bir daha sübut edir ki, rejimin xalqa xidmət etmək fikri yoxdur. Ailə yalnız öz şəxsi mənfəətini düşünür.

İndi isə görək bu fikirlər niyə doğru deyil. 

Əvvəl turizmlə bağlı qeyd etmək yerinə düşər ki, ölkəyə gələn turistləri əsasən çoxsaylı  tarixi, dini abidələr, ekzotik təbii şərait, ucuz və keyfiyyətli bazarlıq cəlb edir. 
Yəqin etiraf edərsiniz ki, ölkəmizdə İçərişəhər, Qız Qalası, Atəşgah və sair kimi tarixi abidələr olsada bu abidələr Roma, Misir, Turkiyə kimi ölkələrdə olan tarixi abidələrlə  müqayisədə yumşaq desək daha qeyri populyardı. Və ən əsası bu abidələrin olması Əliyevlərin xidməti deyil.

Ölkəmizin təbii gözəllikləri olsada bu da Əliyevlərin xidməti deyil. Həmin ərazilər məhdud miqdardadır. Və ən əsası yerli əhaliyə heç bir xeyri olmur. Təbiəti gözəl olan ərazilərdə turizmin olması yerli əhaliyə bahaçılıqdan başqa bir şey verə bilmir. Məhdud sayda iş yerləri isə kiçik çevrəni əhatə edir və "ofisiant"lıqdan ibarətdir. Hər gəncin əlinə bir podnos verib xidmətçiyə çevirmək ölkənin nə gələcəyinə nə də ki, adət ənənəsinə uyğun iş deyil.

Ucuz və keyfiyyətli bazarlıqla bağlı onu demək mümkündür ki, ölkədə istehsal sahələrinin demək olar ki, yox edilməsi bizi bu fürsətdəndə məhrum edir. Ölkə ticari baxımdan ancaq Dağıstanlıları cəlb edə bilir. Onlarda yerli mal yox Çin istehsalı olan malları Bakı bazarlarından alırlar. 20 illik Əliyev ailəsinin hakimiyyəti nəinki yeni istehsal sahələri qurmayıb əksinə sovetdən qalma zavod və fabriklərin cihaz və dəzgahlarınıda metallomlara satıb.

Kənd təsərrüfatı ölkəsi kimi ölkəni gördüyünü demək isə məncə təhqirdir. Buradan alınan əsas mesaj belə tərcümə olunmalıdır. Gedin mal heyvanınızı otarın. Neftdən, qazdan, qızıl yataqlarından sizə çatası bir şey yoxdur. Əks halda heç olmasa həmin pulların bir hissəsi kənd təsərrüfatına yatırılardı. Ölkə kənd təsərrüfatı texnikasının qıtlığından əziyyət çəkməzdi. Təsadüfi deyil ki, 200 milyarddan artıq neft gəlirindən kombayn alınmasına 20 ildə bir dəfə cəmi 16 milyon manat ayırdılar. Hətta həmin gəlirlərin bir hissəsini heç olmasa kənd təsərrüfatı texnikası istehsalına sərf etmək olardı.



 Doğrudur min illər boyu dədə babalarımız əsasən maldarlıq və əkinçiliklə məşğul olublar. Lakin indi 21-ci əsrdir. Ölkəmiz təbii sərvətlərlə zəngindir. İldə 50 milyon ton neft, milyardlarla kub metr qaz, əlvan metallar, tikinti materialları istehsal edərək satır. Və həmin pullar ölkənin sənayeləşməsinə yatırılmalıdır.

Yadınızdadırsa H.Z.Tağıyev Bakıda parça toxuyan fabrik açmaq üçün bütün Rusiyadakı kilsələri təmir etməyə təşəbbüs etmişdi. Hələ çar dövründən sənayeləşən Bakıda sovetlər dönəmində, xüsusən 30-cu illərdən başlayaraq daha böyk işlər görüldü. Təkcə Bakı və Sumqayıtda yüzlərlə zavod, fabrik tikilərək istifadəyə verildi. Hətta kənd rayonlarında pambıq, yun, şərab, sok, konserv, mexaniki təmir zavodları, ət və süd kombinatları fəaliyyət göstərirdi. Gerilikçi rejim bu nailiyyətləridə kor qoydu. Həmin zavodları xarabalığa çevirdi, ixtisaslı işçilər isə rusiya bazarlarına könüllü sürgünə göndərildi. Təkcə 10 min işçisi olan Səttarxan adına maşınqayırma  zavodunun sökülərək yerində xeyirsiz  H.Əliyev mərkəzinin tikilməsi İ.Əliyevin sənayeyə münasibətinin bariz nümunəsidir.

Çox ukladlı sənayesi olmayan ölkə müasir və firavan ola bilməz.

Hələ 19-cu əsrdə dünyada əsas şüar sənayeləşmə idi. 20-ci əsr elm texnika, 21 əsr isə informasiya əsri hesab olunur. Amma gerilikçi rejim bizi orta əsrlərə qaytarmaq istəyir. Məhz buna görədə;

Bu gün demokratik qüvvələrin əsas mesajlarından biridə gerilikçı rejimi rədd edib sürətlə  sənayeləşən ölkə qurmaq olmalıdır. 







Hiç yorum yok:

Yorum Gönder