2 Ağustos 2013 Cuma

NİYƏ SƏRDAR ƏLİBƏYLİ ?

Sərdar Əlibəylini 3-4 ildir tanıyıram. Ən çox işlətdiyi söz " mən fağır adamam nə deyirəm ki"di. Şəxsi münasibətlərdə nə qədər sakit, təvazökar adam olsada hakimiyyətə münasibətdə o,qədər də fağır adam deyildi. Zarafat deyil indiyə qədər bir neçə dəfə çıxardığı qəzet qapadılmışdı.

Siyasi məhbus həyatı yaşamağa məhkum edilmişdi. Daima siyasi məhbusları Nemət Pənahlını, Əvəz Zeynallını, Rəhim Qazıyevi müdafiə edirdi və deyirdi ki, o biri siyasi məhbusları onsuzda müdafiə edən çoxdur bunlarıda mən müdafiə edirəm.


Dünən yenə  “Nota Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə xuliqanlıq ittihamI elan olunub. Bu gün isə həbs qəti imkan tədbirinin seçilməsi üçün Xətai rayon Məhkəməsinə aparılır. Sərdar Əlibəyliyə qarşı vətəndaşa zor tətbiq etmə və bədən xəsarətləri yetirməklə bağlı ittiham irəli sürülüb.

Sizə Sərdar bəylə mütəmadi olaraq görüşdüyümüz və və bu görüşlərdə danışdıqlarımız haqda məlumat vermək istəyirəm. Əvvəla Sərdar bəyi tanıyan adam kimi deyirəm ki, yaşı əllini keçmiş bu şəxsin kimisə döyməsinə, ümumiyyətlə əlbəyaxa olmasına inanmıram.Hər dəfə  görüşlərimizdə bildiridi ki, Əliyev ailəsi hərləyib-fırlayıb məni şərə salıb tutduracaq. Çünki çox sərt yazdığını deyirdi. İndiyə kimi tutulmamağının səbəbi kimi isə çap etdiyi qəzetin yüksək tirajlı olmamağını göstərirdi. Deyirdi ki, əgər bu yazıları Azadlıq kimi tirajlı qəzetdə versəydim indi məni on dəfə həbs etmişdilər. Birdə deyirdi ki, bir dəfə həbs etdirdilər gördülər yenədə yazıram və dahada sərt yazıram ona görə tutmurlar bilirlər ki, xeyri yoxdur.

 Amma son günlər tutulacağı sanki ürəyinə dammışdı. Tutulduğu gündən 3-4 gün əvvəl məndən məsləhət aldı. Həmin gün bildim ki, onun yeganə övladı olan 21 yaşlı oğlu həm lal-kar həmdə ruhi xəstə imiş. Birinci qrup əlil kimi pensiyaya çıxması üçün hansı sənədlərin lazım olduğunu, hansı idarəyə müraciət etməli olduğunu soruşdu. Təəccüblə ondan niyə indiyə qədər bir tədbir görmədiyini, oğlunun əlilliklə bağlı sənədlərini düzəltmədiyini soruşdum. Dedi indiyə qədər bir təhər dolandırırdım. Amma deyəsən məni tutacaqlar ona görə həm oğlumun həmdə həyat yoldaşımın pensiyaya çıxması ilə bağlı sənədləri hazırlamaq istəyirəm. Söhbət əsnasında həyat yoldaşınında xeyli iş stajının olduğu son 21 ili isə əlil övladına baxdığı üçün staj hesab olunaraq  pensiyaya çıxa biləcəyini dedim. Və təkilif etdim ki, Sosial Müdafiə fondunun yerli şöbəsinə müraciət etsin.

Tutulmazdan bir gün əvvəl yenə görüşdük. Artıq oğlunun və həyat yoldaşının pensiya təminatı ilə bağlı sənədlərinin xeyli hissəsini topladığını sevincək bildirdi. Kefi yaxşı idi. Birdə dedi ki, onsuzda bu yaramazlar məni şərləyib tutacaqlar heç olmasa evdəkilərə qanunla düşən pensiyanı düzəldim ki, mən həbsdə olanda azda olsa birtəhər özlərini dolandırsınlar.

Bunu ona görə yazıram ki, İlham Əliyev nəhayət ki, anlasın. Anlasın ki, insanları susdurmaq mümkün deyil. El ağzı çuval ağzı deyib atalarımız. Həyat yoldaşı və birinci qrup əlil övladının yeganə ümidi olan şəxsi şərləyib həbs etdirmək cinayətdir. Sadəcə cinayət.....




Hiç yorum yok:

Yorum Gönder